EN

“Azərişıq” şirkətinin xalis mənfəəti kəskin azalıb - 4 DƏFƏYƏ YAXIN AZALMA

Dövlətə məxsus “Azərişıq” ASC 2023-cü ili maliyyə hesabatını açıqlayıb.

FED.az xəbər verir ki, şirkət 14 milyon 728 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ili 56 milyon 257 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Azərişıq” şirkətinin xalis mənfəəti 2023-cü ildə 2022-ci illə müqayisədə 41 milyon 529 min manat və ya 3,8 dəfə azalıb. Hesabat dövründə şirkət 16 milyon 844 min manat xalis mənfəət ödəyib.

, "Azərişıq” ASC-nin satışdan gəlirləri  1 milyard 619 milyon 317 min manata bərabər olub. Gəlirlər ilik müqayisədə 78 milyon 898 min manat və ya 5,1% artıb.

Satışın maya dəyəri isə 1 milyard 379 milyon 874 min manat təşkil edib ki, bu da illik müqayisədə 61 milyon 33 min manat və ya 4,6% çoxdur.

Ümumi mənfəət isə 17 milyon 865 min manat və ya 8,1% artaraq 239 milyon 497 min manata yüksəlib.

“Azərişıq” ASC hesabat dövründə inzibati xərclərini 15 milyon 232 min manat, başqa sözlə 16,6% artıraraq 107 milyon 159 min manata çatdırıb.
Şirkət ötən il 57 milyon 161 min manat əməliyyat mənfəəti əldə edib. Bu da 202-ci ilin göstəriciləri ilə müqayisədə 17 milyon 243 min manat və ya 23,2% azdır.
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
44
fed.az

1Sources