EN

Azərbaycan neftinin qiyməti cüzi bahalaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti bahalaşıb.
Valyuta.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,33 ABŞ dolları, yaxud da 0,7% artaraq 89,10 ABŞ dolları təşkil edib.
“Brent” markalı neftin qiyməti 0,89 ABŞ dolları və ya 1% azalaraq 87,97 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Chosen
206
11
valyuta.az

10Sources