EN

Rusiyanın Cənubi Kuril adaları yaxınlığında zəlzələ olub

Bakı. Trend:

Sakit okeanda Rusiya Saxalin vilayətindin Cənubi Kuril adalarıyaxınlığında 3,6 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-inməlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının BirləşmişGeofizika Xidmətinin Saxalin filialından bildiriblər.

Məlumata əsasən, zəlzələnin episentri Malokurilskoye kəndindən(Şikotan adası) 17 km cənubda olub. Yeraltı təkanların ocağı 42 kmdərinlikdə yerləşib.

Bildirilib ki, Malokurilskdə seysmik hadisə iki-üç bal gücündəhiss olunub. Sunami xəbərdarlığı elan edilməyib, heç kim xəsarətalmayıb və dağıntı olmayıb.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
135
2
az.trend.az

2Sources