Əfsanəvi boksçu Mayk Taysonla məşhur bloqer Ceyk Pol arasında keçiriləcək döyüş üçün qaydalar toplusu dərc edilib.
Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, 57 yaşlı Tayson və 27 yaşlı Pol iyulun 20-də Arlinqtonda (ABŞ) rinqdə döyüşəcəklər.
Döyüşün qaydaları:
1. Çəki kateqoriyası - super ağır çəki
2. Səkkiz raund - hər biri iki dəqiqə
3. Nokautlara icazə verilir
4. 14 unsiya qalınlığında əlcəklər
5. Döyüşçülər dəbilqə taxmayacaqlar
6. Nəticə boksçuların peşəkar rekordlarına daxil ediləcək
Telegram kanalımız