Ağstafa, 1 may, AZƏRTAC
Ağstafada ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC xəbər verir ki, hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb. Hərəkətdə olan “VAZ 21099” markalı minik avtomobili ağaca çırpılıb. Qəza nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.