EN

Vəzifəli şəxsin oğlunun üzərinə benzin töküb yandırdığı qadın öldü

Tovuz rayonunda üzərinə benzin tökülərək yandırılan qadın ölüb.

"Unikal”ın əldə etdiyi məlumata görə, 1990-cı il təvəllüdlü Şəmkir rayon sakini Türkanə Məmmədova dünən Bakı şəhərində xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, 2002-ci il təvəllüdlü Röyal Tağıyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Şübhəli şəxs qismində saxlanılan Röyal Tağıyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz rayon şöbəsinin müdiri Rasim Tağıyevin oğludur.
Chosen
229
37
arqument.az

10Sources