EN

Londonda naməlum şəxs insanlara qılıncla hücum edib: Xəsarət alanlar var - VİDEO

Böyük Britaniyanın paytaxtı Londonun şimal-şərqində qılıncla silahlanmış şəxs insanlara hücum edib.

Məlumata görə, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb.

Hadisə metronun “Heynolt” stansiyası ərazisində baş verib. Naməlum şəxs avtomobillə binaya çırpılıb, bundan sonra o, soyuq silahla yoldan keçənlərə və iki polis əməkdaşına hücum edib. Hadisə nəticəsində beş nəfərin xəsarət aldığı bildirilir.

Qeyd edilib ki, 36 yaşlı kişi hadisə yerində saxlanılıb.

Mənbə: Gazeta.ru

Chosen
14
10
oxu.az

10Sources