EN

Əfqanıstanda məscidə silahlı hücum edilib

Əfqanıstanın Herat əyalətində məscidə namaz vaxtı silahlı hücum edilib.

Demokrat.az
xəbər verir ki, bu barədə Taliban administrasiyasının Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 6 nəfər həyatını itirib. 

Hücumda kalaşnikov markalı silahdan istifadə olunduğu öyrənilib.

Qeyd edək ki, hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib. Araşdırmalar davam etdirilir.

Aysu
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
40
demokrat.az

1Sources