EN

Hər biri “qələbə bizimdi” dedi

Bu gün kişi basketbolçular arasında ölkə çempionatında pley-off oyunlarına start verilir.

1/4 final mərhələsinin ilk günündə “Xırdalan”la “Neftçi” üz-üzə gələcək. Sərhədçi İdman Kompleksində keçiriləcək oyun saat 19.30-da başlayacaq. “Football-plus.az” olaraq, oyundan öncə hər iki komandanın baş məşqçiləri ilə danışıb, fikirlərini öyrəndik.

Uğur Özdemir (Xırdalan):
“Komanda şəklində pley-off oyunlarına hazırıq. Artıq çatışmayan cəhətlərimiz yoxdu. Hər iki komanda da çox güclüdü və qələbə qazanmaq istəyir. Bizi rəqabətli oyun gözləyir. Düşünürəm ki, komandam yaxşı oyunla seriyanı keçəcək. Hər kəsi gözəl matçlara baxmağa dəvət edirəm”.


Anar Sarıyev (Neftçi):
“Bu gün çox maraqlı oyun olacaq. Bu matç hardasa ssas play-offa birinci addim olacaq deyə bilərəm. Hər iki komandaya yaxşı oyun arzulayıram. Oyuna tam hazırıq. Demək olar ki, zədəli oyunçumuz yoxdu. İstədiyimizi tam ortaya qoysaq, inanıram ki, bu gün qalib komanda biz olacağıq”.


GÜNAY SÜLEYMANOVA
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources