EN

"Çıraq İnşaat"a protokol tərtib edildi

"Çıraq İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyəti  barəsində cərimə protokolu yazılıb. 

Valyuta.az-ın məlumatına görə, şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 499.1.1-ci (Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmaması, yaxud həmin əraziyə qaytarılmaması,  on beş günədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya qaytarılmasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib.
 
Protokol baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilib. İşə hakim Zaur Hünmətovun sədrliyi ilə baxılacaq. 

Sadiq İsbəndərli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
167
valyuta.az

1Sources