EN

Lənkəranda avtobus 85 yaşlı piyadanı vuraraq öldürüb

Lənkəranda baş verən qəzada piyada ölüb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Lənkəran şəhərinin Şəhidlər Xiyabanı küçəsində qeydə alınıb. Lənkəran şəhəri ərazisində fəaliyyət göstərən "Dairəvi-1" marşrutu xətti üzrə hərəkət edən "PAZ" markalı avtobus, 1939-cu il təvəllüdlü İbrahim İbrahimovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-ya verilən məlumata görə, aprelin 30-da saat 15 radələrində Lənkəran rayon sakini T.Məhərrəmovun idarə etdiyi sərnişin avtobusu ilə yolu keçmək istəyən piyada 1939-cu il təvəllüdlü İ. İbrahimovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
76
13
apa.az

10Sources