Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Respublika Sanitariya – Karantin Mərkəzi”ndə əməliyyat keçirib.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, əməliyyat nəticəsində mərkəzin rəhbər şəxslərindən bir neçəsi saxlanılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, əməliyyatla bağlı əlavə məlumat veriləcək.