Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç Azərbaycanla Ermənistan arasında delimitasiya prosesi haqqında əldə edilmiş razılaşmanı alqışlayıb.
Â
Hafta.az xəbər verir ki, o, bu barədə "X"də yazıb.
"Mən Ermənistan və Azərbaycan arasında 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanan delimitasiya prosesi haqqında bu yaxınlarda əldə edilmiş razılaşmanı alqışlayıram", - o bildirib.
Â
Qeyd edək ki, aprelin 19-da Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Həmçinin, iki ölkə arasında sərhədlərin müəyyənləşdirilməsi prosesi ilə bağlı razılıq əldə olunub. Artıq proses başlayıb.
Â
Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin yarısından çoxu 2024-cü il aprelin 29-dək yerinə yetirilib, 35 sərhəd dirəyi quraşdırılıb.