Əfqanıstanın Herat əyalətindəki məscidə hücum zamanı 6 nəfər ölüb.
"Pahjwok” agentliyinin xəbərinə görə, hadisə ötən axşam əyalətin Quzara rayonunda qeydə alınıb.
Naməlum şəxs ibadət vaxtında içəri daxil olaraq zəvvarlara atəş açıb. Hələlik hadisəyə görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.