![Türkiyədə](/uploads/posts/2024-04/feto-operasyonu-2103642_1.jpg)
Türkiyədə FETÖ-yə qarşı əməliyyatlar səngimir.
Reyting.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ankarada FETÖ-nün "hərbi qanadı" ilə bağlı növbəti əməliyyat keçirilib.
Bu barədə Ankara Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, vaxtilə Quru Qoşunları Komandanlığında "təşkilatlanan" 16 FETÖ üzvü saxlanılıb: "Onların haqqında həbs qətimkan tədbiri seçilib".
E.ARAZ
Reyting.az