Brüsseldə Türk məhəlləsindəki kafeyə silahlı hücum
Belçikanın paytaxtı Brüsseldə Türk məhəlləsi kimi tanınan Schaerbeekdə kafedə oturan şəxsə naməlum şəxs silahlı hücum edib. Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hücum edən şəxs dəfələrlə atəş açıb, hadisə anı təhlükəsizlik kameralarına düşüb. Hücuma məruz qalan şəxs ağır yaralanıb. Hücumla bağlı prokurorluq tərəfindən istintaq başladılıb. Əfsanə Rəcəb