Qazaxıstanda sabiq daxili işlər naziri Erlan Turqumbayev saxlanılıb. BUTA.TV xəbər verir ki, bu barədə “Kazinform” agentliyi mənbələrə istinadən məlumat yayıb. Qazaxıstanın Daxili İşlər Nazirliyinin sabiq rəhbəri 2022-ci ilin yanvarında baş vermiş faciəvi hadisələrlə bağlı vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə ona qarşı açılmış cinayət işi çərçivəsində saxlanılıb. Agentlik qeyd edib ki, martın 20-də o, artıq prokurorluqda dindirilib. Məlumatı Qazaxıstan Baş Prokurorluğu da təsdiqləyib. Qeyd olunub ki, Qazaxıstan Respublikasının Baş Prokurorluğu 2022-ci ilin yanvar hadisələri ilə bağlı cinayət işlərinin istintaqını davam etdirib. Belə ki, bu il aprelin 29-da keçmiş daxili işlər naziri Erlan Turqumbayev ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə saxlanılıb.