Bakının mərkəzində 9 maşının toqquşmasına səbəb avtomobillərin sürət yarışına çıxması olub.
O bildirib ki, bu gecə saat 00:54-də Bakının Nəsimi rayonu Rəşid Behbudov küçəsində doqquz avtomobilin iştirakı ilə zəncirvari qəza olub:
“Hadisə nəticəsində bir nəfər xəsarət alıb. Hadisəyə ilkin səbəb olaraq iki nəqliyyat vasitəsinin sürət yarışına çıxması göstərilir. Hazırda faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.”