Bakıda arvadını öldürməkdə təqsirləndirilən Yadigar Cəfərovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsinin hakimi Anar İbrahimovun sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası mayın 2-nə təyin edilib.
Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Y.Cəfərov 14 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd: Hadisə 2021-ci il iyulun 8-də Xəzər rayonun Binə qəsəbəsində qeydə alınıb.
Belə ki, 1980-cı il təvəllüdlü Yadigar Cəfərov ailə-məişət münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı 1986-cı il təvəllüdlü Elnarə Musayevaya 22 bıçaq zərbəsi vuraraq onu qətlə yetirib. O, daha sonra həmin bıçaqla özünə xəsarət yetirərək intihara cəhd edib.
Yadigar Cəfərov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.
Kamal Məmmədov