EN

Super Liqa: “Antalyaspor” İstanbulda 4 qola üzüldü - Video

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 34-cü turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Fatih Karagümrük” və “Antalyaspor” komandaları üz-üzə gəliblər. Beş qolun qeydə alındığı oyunda meydan sahibləri darmadağına seviniblər.

Beləliklə, 34 turdan sonra 93 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbaxça” 89 xalla 2-ci pillədə qərarlaşıb. “Trabzonspor” 58 xalla 3-cü, “Başakşəhər” 52 xalla 4-cü, “Beşiktaş” 51 xalla 5-cidir. “Kasımpaşa” və “Rizəspor”un 49, “Alanyaspor və “Sivasspor”un 48, “Antalyaspor”un 45, “Adana Dəmirspor”un 41, “Kayserispor”un 40, “Samsunspor”un 39, “Ankaragücü”nün 38, “Fatih Karagümrük” və “Konyaspor”un 36, “Qaziantep”in 34, “Hatayspor”un 33, “Pendikspor”un 30, sonuncu olan “İstanbulspor”un isə 16 xalı var.

Türkiyə, Super Liqa
34-cü tur

26 aprel

Adana Dəmirspor – Qalatasaray 0:3
Qollar: H.Ziyeş, 53. K.Demirbay, 64. M.İkardi, 90+1.

27 aprel

Kasımpaşa – Samsunspor 1:0
Qol: A.Kara, 3.

Sivasspor – Konyaspor 1:0
Qol: Manay, 86.

Fənərbaxça – Beşiktaş 2:1
Qollar: Batşuayi, 30. İ.C.Kahveci, 69 – C.Tosun, 82.

Hatayspor – Başakşəhər 1:2
Qollar: Renat Dadaşov, 73 – K.Pyontek, 5. O.Kemen, 69.

28 aprel

Alanyaspor – İstanbulspor 6:0
Qollar: O.Aydın, 2; 90+2. Yanvye, 8; 28. Balkoveç, 55. Koka, 67.

Pendikspor – Kayserispor 1:2
Qollar: Ndiaye, 7 – Boa Morte, 45+2. Burabiya, 56.

Rizəspor – Ankaragücü 2:2
Qollar: Qaiç, 25. Olavoyin, 32 – Bayiç, 56. Q.Rodriqes, 90+9.

Trabzonspor – Qaziantep 4:2
Qollar: Onuaçu, 50; 66; 68. Bardi, 65 – Soresku, 12. Draquş, 21.

29 aprel

Fatih Karagümrük – Antalyaspor 4:1
Qollar: G.Yalçın, 36. Markao, 64. C.Keleş, 81. Paoletti, 90+1 – Larsson, 78.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
34
1
arena.az

2Sources