Emanuel Apehin “Sabah”la müqaviləsinin müddəti mövsümün sonunda qədərdir.
Nigeriyalı hücumçu əsas heyətdə möhkəmlənməkdə çətinlik çəksə də, ehtiyat qüvvə kimi işə yarayır.
Baş məşqçi Krunoslav Renduliçin Apehin xidmətinə ehtiyac duyub-duymayacağı çempionatın yekununda bilinəcək.
Səbəbkar özü komandadakı durumu barədə Sportinfo.az-a danışıb:
“Qarşıda bizi çətin oyunlar gözləyir. Açığı, indi bu barədə düşünmürəm.
Nə olacağını zaman göstərəcək. “Sabah”da olmaq mənə xoşdur”.
27 yaşlı forvard cari mövsümdə Premyer Liqada meydana çıxdığı 26 matçda 3 qol, 2 assistlə yadda qalıb.
HƏBİB