EN

İraqın şimalında daha 15 terrorçu zərərsizləşdirilib

İraqın

İstanbul, 29 aprel, Günel Karatepe, AZƏRTAC

Türkiyə Silahlı Qüvvələri tərəfindən İraqın şimalında aparılan antiterror əməliyyatı nəticəsində son bir həftə ərzində daha 15 PKK terrorçusu zərərsizləşdirilib.

AZƏRTAC xəbər verir ki, əməliyyat Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbərliyi ilə İraqın Hakurk bölgəsində həyata keçirilib.

Əməliyyat zamanı zərərsizləşdirilənlər arasında təşkilatın liderləri hesab edilən terrorçular da var. Bu şəxslərin Türkiyənin bölgədəki təhlükəsizlik qüvvələrinə qarşı hücum planlaşdırdıqları müəyyən edilib.

Son məlumatlara görə, MİT İraqdaki əməliyyatların intensivliyini daha da artırmağı planlaşdırır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
6
5
azertag.az

6Sources