II Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusunun 6 hərbi qulluqçusu itkin düşmüşdü. 4 il sonra itkin düşmüş həmin hərbi qulluqçularımıza şəhidlik status verilib. Həmin şəxslərə şəhidlik statusunun verilmə prosesinin bu qədər uzun çəkməsinin səbəbi nə ola bilər?
Mövzu ilə bağlı sualımızı cavablayan hərbi ekspert Azər Bayramov qeyd etdi ki, Müdaifə Nazirliyi hərbi qulluqçuların müharibə və ya döyüş şəraitində itkin düşməsi ilə bağlı rəsmi şəkildə aidiyyatı qurumlara müraciət edir:
“Edilən müraciətdən sonra onların axtarış prosesi həyata keçirilir. Bu proses 6 ay nəticə vermədikdə isə məhkəmə şəhidlik statusunun verilməsi ilə bağlı qərar qəbul edə bilər. Aidiyyatı qurumlara müraciətlə yanaşı Azərbaycan tərəfi həmin şəxslərin Ermənistanda əsir götürülənlərin arasında axatarılması və yaxud hər hansı bir şəkildə Ermənistan ərazisində olub-olması ilə bağlı bağlı BQXK müraciət etmişdi. Onların müraciət əsasında axtarış aparması, bizə rəsmi cavab verməsi də buna təsir etdi. Prossesi gecikdirən amillərdən biri də, işğaldan azad edilən ərazidə oların axtarılması üçün öncə həmin ərazilərin minalardan təmizlənməsi lazım idi. Bu da kifayət qədər vaxt aparan prosesdir”.
Ekspert qeyd edib ki, məhkəmin itkin düşmüş hərbi qulluqçular ilə bağlı də konkret bir qərar çıxarması üçün zaman məhdudiyyəti yoxdur :
“Araşdırmanın aparılması , qərarın qəbul edilməsi məhkəmənin insiyativində olan məsələdir. II Qarabağ müharibəsi zamanı şəhidlik statusunun verilməsi ilə bağlı problem qəti şəkildə olmadı. İtkin düşən hərbi qulluqçulara şəhidlik stausu verilsə də, onların tapılması istiqamətində zəruri işlər davam etdirilir”.
Emin ŞİRVANZADƏ