EN

Ceyhun Bayramov Qətərə səfərə gedib

Aprelin 29-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qətərə işgüzar səfərə yola düşüb. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.

Səfər çərçivəsində nazirin aprelin 30-da Doha şəhərində keçiriləcək Ərəb Dövlətləri Liqası - Mərkəzi Asiya - Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumunun 3-cü iclasında iştirakı və çıxışı, habelə tədbir çərçivəsində ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.
www.anews.az
Chosen
174
40
anews.az

10Sources