EN

Təkzib etmədi: "Bayern"ı bu nəhənglərdən birinə dəyişə bilər

"Bayern"un yarımmüdafiəçisi Coşua Kimmix karyerasını davam etdirmək planlarından danışıb.

Publika.az xəbər verir ki, o, İspaniya mətbuatında bu yay "Real" və ya "Barselona" arasında seçim edəcəyi ilə bağlı yayımlanan informasiyaları şərh edib. Almaniya millisinin üzvü AS nəsrinə açıqlamsında iddiaları təkzib etməyib:

“Əvvəlcə “Bayern”lə danışıqlar aparacağam. Amma təbii ki, "Barselona" və "Real" böyük tarixə malik böyük klublardır".

Qeyd edək ki, 29 yaşlı futbolçunun Münhen klubu ilə müqaviləsi 2025-ci ilin iyununda başa çatacaq. “Bayern” onunla yeni sözləşmə imzalaya bilməsə, futbolçunun satışından pul qazanmağa çalışacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
31
publika.az

1Sources