EN

Misir serialının nümayişi İranda qadağan edildi

Misir istehsalı olan populyar "Haşhaşilər" serialının nümayişi İranda qadağan edilib.

Yenisabah.az Etemad Online-a istinadla xəbər verir ki, İsmailiyyə dövlətinin qurucusu Həsən Səbbahın həyatı və o dövrün hadisələrindən bəhs edən film yayımlandığı vaxtdan ciddi mübahisə mövzusu olub.

"Haşhaşilər" serialı "Filmo", "Gapfilm" və "Filmnet" kimi axtarış sistemlərindən artıq silinib. Filmin lisenziyalı İran saytlarında qadağan edildiyi anlaşılır. Ramazan ayı boyu ərəb telekanallarında yayımlanan "Haşhaşilər" hətta fars dilinə dublyaj olunmuşdu.

30 bölümü olan bu filmin istehsalına 12 milyon ABŞ dolları xərclənmişdi.

 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
31
yenisabah.az

1Sources