EN

Məktəb direktoru, şöbə müdiri, nazir müavini - Yeni icra başçısı kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamına əsasən, Ovni Mehbalı oğlu Muradov Babək Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Bakupost.az xəbər verir ki, Ovni Muradov bu təyinata qədər təhsil sektorunda çalışıb.

O, əvvəllər Babək rayon E.Əliyev adına Nehrəm qəsəbə 2 nömrəli tam orta məktəbinin direktoru, 2018-ci ildə Babək rayon Təhsil Şöbəsinin müdiri vəzifəsini icra edib.

Bununla yanaşı, o, Tarix testləri toplusunun müəlliflərindən biri olub. O, sonuncu dəfə Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini və bir müddət nazirin vəzifələrini icra edib.


Vasif
BakuPost

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
122
50
bakupost.az

10Sources