EN

Çingiz Mustafayev Azərbaycandan KÖÇÜR – VİDEO 

Müğənni Çingiz Mustafayev Azərbaycandan köçür. 

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi “İncə səhər” verilişinə müsahibəsində deyib. 

Sənətçi bildirib ki, yaxın zamanda Vətəni tərk edərək Türkiyəyə köçəcək: 

“O biri ayağımın harada olduğu bəlli deyil. Artıq bəlli olmağını istəyirəm. İki gündür Bakıdayam, burada işlərim olanda onu həll etməyə gəlirəm. Tək gedirəm, arada ailə üzvlərimi də aparıram. Normalda gəlib burada onlarla vaxt keçirirəm, sonra qaçıram, çox qala bilmirəm. Böyük ehtimalla artıq xaricdə yaşayacağam. Çox seçim var idi. Hələki mənə ən rahat olanı Türkiyədir”. 
Qeyd edək ki, Ç.Mustafayev pandemiyadan sonra Baliyə köçüb və bir müddət orada yaşayıb. 
 


Rəşad Əliyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
42
50
bizim.media

10Sources