EN

100 mində bir olur: Yeyib-içməkdə çətinlik çəkən xəstə sağlamlığına qovuşub

Kahramanmaraşda nadir görülən və udma çətinliyi kimi tanınan “axalaziya” xəstəliyi səbəbiylə 2 ildir yeyib-içmə problemi yaşayan 53 yaşlı xəstə Peroral Endoskopik Miotomiya (POEM) üsulu ilə sağlamlığına qovuşdu.

 

Bu barədə Aztibb.az medimagazin.com.tr-yə istinadla xəbər verir.

 

İstanbulda yaşayan Hasan Karakök təxminən 2 il əvvəl ürəkbulanma, qusma və şiddətli bel ağrısı şikayətləri ilə bir çox xəstəxanaya müraciət etsə də, heç bir nəticə ala bilməyib.

 

Müxtəlif müalicə üsullarını sınayan, lakin şikayətləri davam edən xəstə internet üzərindən apardığı araşdırma nəticəsində Kahramanmaraş Necip Fazıl Şəhər Xəstəxanasına müraciət edib.

 

Analiz və müayinələrdən keçən xəstədə qida borusunun aşağı ucundakı əzələ boşalmadığından udqunmada çətinlik yaradan axalaziya diaqnozu qoyulub.

 

Dünyada 100 mində bir rast gəlinən xəstəlik səbəbiylə yeyib-içməkdə çətinlik çəkən Karakök müalicədən sonra sağlamlığına qovuşub və 2 ildən sonra rahat şəkildə yemək və içkilər istehlak etməyə başlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
62
aztibb.az

1Sources