Türkiyənin 3 vilayətində FETÖ terror təşkilatına qarşı keçirilən əməliyyatda 4 nəfər saxlanılıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Respublika Baş Prokurorluğu tərəfindən FETÖ ilə bağlı aparılan istintaq çərçivəsində FETÖ-nün Türkiyə Silahlı Qüvvələrinin gizli strukturunda fəaliyyət göstərdiyi iddia edilən 4 şübhəli barəsində həbs qərarı çıxarılıb.
Mərkəzi Konya olmaqla, İstanbul və Bursada eyni vaxtda həyata keçirilən əməliyyat zamanı 4 şübhəli saxlanılıb.
Saxlanılan şübhəlilər barəsində həbs qətimkan tədbiri seçilib.
Şəbnəm Mehdizadə