EN

Azarkeşlərin arzusu gerçəkləşir! - Sergen Yalçın "Beşiktaş"a gələ bilər

Türkiyənin "Beşiktaş" klubu Sergen Yalçını baş məşqçi postuna gətirmək niyyətindədir. 

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yalçın mövsümün sonunda "Antalyaspor"la müqavilə yeniləməyəcək.

Məlumata görə, Hasan Arat və rəhbərliyi əcnəbi məşqçi seçmək qərarına gəldikdən sonra Yalçın "Antalyaspor"un təklifini qəbul edib və mövsümün sonunda komanda ilə vidalaşacaq.

"Antalyaspor"un transfer qadağası səbəbindən "qırmızı-ağlar"la davam etməmək qərarı verən Yalçının məşqçi axtarışında olan "Beşiktaş"dan dəvət gözlədiyi bildirilib. “Qara-ağlar” rəhbərliyi məşqçilik qərarını mövsümün sonunda verəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
31
baku.ws

1Sources