EN

Mərkəzi Bank ABB-yə məxsus investisiya şirkətini cərimələyib

“ABB-İnvest İnvestisiya Şirkəti” cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərini pozub. 

Valyuta.az xəbər verir ki, bu Azərbaycan Mərkəzi Bankın apardığı yoxlamalar zamanı üzə çıxıb. AMB qeyd edib ki, aparılmış kompleks yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddəsinə müvafiq olaraq “ABB-İnvest İnvestisiya Şirkəti” ASC-nin vəzifəli şəxsi Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən 2 min manat məbləğində cərimə edilib. 

Qeyd edək ki, sözügedən maddələrə əsasən “ABB-İnvest” müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət etməyib, daxili nəzarət proqramını tətbiq etməyib və ya  tam tətbiq etməyib.

Leyli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
29
8
valyuta.az

10Sources