EN

Azərbaycan Cənubi Qafqazın lider ölkəsidir!

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) yeni hesabatını dərc edib. Hesabata görə, dünyanın bütün bölgələrində hərbi xərclər artır.

 

Dünya hərbi xərcləri ardıcıl olaraq 9-cu ildir artaraq 2443 milyard dollara yüksəlib. 2009-cu ildən bəri ilk dəfə olaraq hərbi xərclər SIPRI tərəfindən müəyyən edilmiş beş coğrafi regionun hamısında artıb, xüsusilə də Avropa, Asiya, Okeaniya və Yaxın Şərqdə böyük artımlar qeydə alınıb.

 

Modern.az hesabata É™sasÉ™n CÉ™nubi Qafqaz regionuna diqqÉ™t edib.

 

Təşkilatın məlumatın görə, Cənubi Qafqazda hərbiyə ən çox pul xərcləyən ölkə Azərbaycandır. Belə ki, 2023-cü ildə ölkəmiz hərbiyə 3.6 milyard dollara yaxın vəsait xərcləyib. Bu, ümumi daxili məhsulun (ÜDM) 4.6 faizini təşkil edir.

 

Ermənistanın hərbi xərcləri isə 2022-ci illə müqayisədə 2 dəfəyə yaxın artıb. Belə ki, ötən il Ermənistanın hərbi ayırdığı vəsait 1.3 milyard dollardan çox olub. Bu ölkə ÜDM-nin 5.5 faizini hərbiyə xərcləyib.

 

Gürcüstan isə regionda hərbiyə ən az pul xərcləyən ölkədir. Ölkənin hərbi xərcləri 2022-ci illə müqayisədə artsa da, cəmi 504 milyon dollar olub. Gürcüstan ötən il ÜDM-nin cəmi 1.7 faizini orduya ayırıb.

 

Qeyd edÉ™k ki, 2023-cü ildÉ™ NATO-nun 31 üzvünün hÉ™rbi xÉ™rclÉ™ri 1341 milyard dollar təşkil edib ki, bu da dünyanın hÉ™rbi xÉ™rclÉ™rinin 55 faizinÉ™ bÉ™rabÉ™rdir. ABÅž-ın hÉ™rbi xÉ™rclÉ™ri 2023-cü ildÉ™ 2,3 faiz artaraq 916 milyard dollara çatıb. Bu, NATO-nun ümumi hÉ™rbi xÉ™rclÉ™rinin 68 faizini təşkil edir. 2023-cü ildÉ™ É™ksÉ™r avropalı NATO üzvlÉ™ri hÉ™rbi xÉ™rclÉ™rini artırdılar. Onların NATO-dakı ümumi payı 28 faiz təşkil edib ki, bu da son 10 ildÉ™ É™n yüksÉ™k göstÉ™ricidir. Qalan 4 faiz Kanada vÉ™ TürkiyÉ™dÉ™n gÉ™lib.

 

İran 2023-cü ildə 10,3 milyard dollarla Yaxın Şərqdə ən çox hərbi vəsait xərcləyən dördüncü ölkə olub. Mövcud məlumatlara görə, İslam İnqilabı Keşikçiləri Korpusuna ayrılan hərbi xərclərin payı 2019-2023-cü illər arasında 27 faizdən 37 faizə yüksəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
18
3
modern.az

4Sources