EN

Rusiya ordusu bu şəhərə hücuma keçəcək

Rusiya ordusu yaxın gələcəkdə ciddi problemlərlə üzləşə bilər.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb.

Qeyd olunub ki, Rusiyanın Xarkov şəhərini ələ keçirmək üçün potensial gələcək hücumu ordu üçün ciddi çətinliklər yarada bilər: “Nəzərə almaq lazımdır ki, Xarkovun ələ keçirilməsi cəhdləri son dərəcədə iddialı təşəbbüsdür”.

Bildirilib ki, ABŞ-ın ayırdığı hərbi yardım Ukraynaya çatandan sonra Rusiya daha güclü Ukrayna ordusu ilə üzləşəcək.

Həmçinin vurğulanıb ki, Rusiya ordusu keçmiş əməliyyatlardakı səhvlərdən dərs çıxarır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
108
50
publika.az

10Sources