Qazaxıstanda anomal həyat şəraiti barədə xəbərdarlıq edilib
Sinoptiklər Qazaxıstan ərazisində anomal həyat şəraiti barədə xəbərdarlıq ediblər.
Reyting.az xəbər verir ki, bu barədə “Sputnik Qazaxıstan” məlumat yayıb.
Məlumata görə, bu gündən etibarən Qazaxıstanın əksər ərazisində qeyri-sabit hava şəraiti hökm sürəcək. Şimşəklə müşayiət olunan güclü yağışların ardınca ölkənin cənub-şərq rayonlarına dolu və qar düşəcəyi gözlənilir.