Bu gün Sədərək rayonunun Qaraağac kəndi ərazisində Ermənistan tərəfindən vaxtilə atılmış hərbi sursatın partlaması nəticəsində həlak olan 1951-ci il təvəllüdlü Vilayət Həsən oğlu Rzayev və 1970-ci il təvəllüdlü Adəm Həsən oğlu Əliyevin fotoları yayılıb.
Qeyd edək ki, sursat partlayışı nəticəsində həlak olan mülki şəxslər Sədərək rayon qəbiristanlığında dəfn olunublar.
Milli.Az oxu.az-a istinadən həmin fotoları təqdim edir:
****
Sədərək rayonunda sursat partlayışı nəticəsində həlak olan mülki şəxslər dəfn ediliblər.
Milli.Az report.az-a istinadən xəbər verir ki, rayonun Qaraağac kəndi ərazisində Ermənistan tərəfindən vaxtilə atılmış hərbi sursatın partlaması nəticəsində həlak olan 1951-ci il təvəllüdlü Vilayət Həsən oğlu Rzayev və 1970-ci il təvəllüdlü Adəm Həsən oğlu Əliyev Sədərək rayon qəbiristanlığında dəfn olunublar.
Mərasimdə həlak olanların yaxınları, ailə üzvləri, rayon sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun