Tovuzda piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.
SİA APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.
Bakıdan Qazaxa gələn sərnişin avtobusu yolu keçmək istəyən orta yaşlı qadını vurub.
Qadının vəziyyətinin ağır olduğu bildirilir.