EN

Şəkidə sakinlər qazın olmamasından ƏZİYYƏT ÇƏKİRVİDEO

Soyuq havaları may aylarına qədər davam edən Şəkinin Oraban və Baş Kəldək kəndlərində təbii qazın olmaması sakinləri əziyyətə salır.

Xezerxeber.az xəbər verir ki, sakinlər məcbur olub odundan istifadə edirlər. Odun almaq isə onlara baha başa gəlir.

Məsələ ilə əlaqədar Azərqaz İstehsalat Birliyindən “Xəzər Xəbər”ə  bildirildi ki, cari ildə Şəki rayonunda 5 yaşayış məntəqəsinin ,o cümlədən Şəki şəhərində 3 yeni kvartalın qazlaşdırılması nəzərdə tutulub.

Həmin kəndlərin də qazlaşdırılması hədəflərdən biridir.

Layihə smeta sənədləri hazırlanıb, növbəti ildə bu iki kəndin də qazlaşdırılması həyata keçiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
43
xezerxeber.az

1Sources