EN

Ermənistanda etirazçılar İrana gedən magistral yolu bağlayıblar - VİDEO

Azərbaycanla sərhədin delimitasiyasına etiraz edən Ermənistan vətəndaşları traktorlarla Yexeqnadzor şəhəri yaxınlığında Ermənistan-İran dövlətlərarası avtomobil yolunun hərəkətini bağlayıblar.
 
Bu barədə “Vətən uğrunda Tavuş” siyasi hərəkatının mətbuat xidməti məlumat yayıb.
 
Qeyd edək ki, bundan əvvəl hərəkat etirazçıların İrəvan-Gümrü yolunu bağladıqları barədə məlumat verib.
Xatırladaq ki, aprelin 25-də yüzlərlə erməni Ermənistanın rayonlarında və paytaxtında küçə və magistral yolları bağlayaraq, Azərbaycanla sərhədin birtərəfli delimitasiyasına etiraz ediblər.(oxu.az)
 

 

Chosen
149
7
moderator.az

10Sources