EN

Sabah” bu futbolçu ilə müqaviləni uzadacaq

"Sabah" hazırkı futbolçularından əksəriyyətini yeni mövsüm üçün komandada saxlamaq istəyir.

Bizim.Media xəbər verir ki, Masazır təmsilçisi Tellur Mütəllimovu başqa komandaya buraxmağı fikirləşmir.

Ona görə də, yerli futbolçu ilə müqavilə müddəti artırılacaq. Mütəllimovun "Sabah"la müqaviləsi 2024-cü il iyunun 30-da başa çatacaq. Onunla yeni müqavilə imzalanacağı gözlənilir. 29 yaşlı futbolçu “Sabah”a 2022-ci ilin yayında “Sumqayıt”dan keçib. “Qəbələ”nin yetirməsi bundan əlavə “Zirə”də də çıxış edib.

Rəşad Rafiqoğlu,  Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
55

1Sources

Comment ()
Close