EN

Rusiya ordusu Ukraynada daha iki qəsəbəni ələ keçirib

Rusiya qoşunları Avdeyevka istiqamətində Berdıçi kəndini işğal edərək Kislovkaya doğru irəliləyiblər. Bu barədə Ukraynanın “DeepState” monitorinq kanalı məlumat yayıb.

Analitiklərin fikrincə, rusiyalılar Oçeretino qəsəbəsinin təxminən 80%-nə nəzarət edirlər, “digər kəndlərin aqibəti haqqında məlumat yoxdur”.

Həmçinin Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, RF qoşunları Ukraynanın Donetsk vilayətinin Novobaxmutovka qəsəbəsini ələ keçirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
26

1Sources

Comment ()
Close