EN

Türkiyə ilə Yunanıstan sərhədində yeni körpü tikiləcək

Bakı. Trend:

Türkiyə və Yunanıstan Meriç çayı ərazisində iki ölkəninnəzarət-buraxılış məntəqələrini birləşdirən yeni körpünün tikintisiilə bağlı razılığa gəliblər.

Trend xəbər verir ki, yeni 811 metrlik dörd zolaqlı körpününinşasına bu il başlanacaq. Konstruksiya, 1958-ci ildə tikilmişköhnə iki zolaqlı körpü ilə yanaşı fəaliyyət göstərəcək.

Türkiyənin Yunanıstan ilə həmsərhəd olan Edirne əyalətininqubernatoru Yunus Sezer bildirib ki, mövcud körpü artıq Türkiyəninartan beynəlxalq ticarət həcminin öhdəsindən gələ bilmir və bununlaəlaqədar iki ölkənin hakimiyyət orqanları tərəfindən yeni nəqliyyatlayihəsinin həyata keçirilməsi barədə qərar qəbul edilib. İnşaatişləri hər iki tərəfindən maliyyələşdiriləcək.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
63
9

1Sources

Comment ()
Close