EN

Yetkinlik yaşına çatmayanlara siqaret satan üç mağaza sahibi cərimələndi

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb.

Bu barədə seher.media-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Həmin obyektlərin sahibləri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Bildirilib ki, bu istiqamətdə tədbirlər davam etdirilir.

Chosen
129
2
seher.media

10Sources