”Portu”da bir dönəm başa çatıb.
İdmanxeber.az məlumat verir ki, klubun 42 illik prezidenti Pinto da Kosta vəzifəsini tərk edib. Onu seçkilərdə qalib gələn Andre Villaş-Boaş əvəz edəcək. Villaş-Boaş 2010-11 mövsümündə “Portu”da baş məşqçi kimi çalışıb. O, həmin mövsümdə kluba Avropa Liqasını qazandırıb.
Xatırladaq ki, 1982-ci ildən Portuqaliya təmsilçisini idarə edən Da Kostanın dövründə klub 68 titul qazanıb.