Azərbaycan Premyer Liqasının XXXII turunda bu gün keçiriləcək \"Sumqayıt\" - \"Qarabağ\" matçına indiyədək 6 000-ə yaxın bilet satılıb.
Bu barədə AZXEBER.COM-a \"gənclik şəhəri\" təmsilçisinin mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev məlumat verib.
Onun sözlərinə görə, qalan biletlər 2 manatlıq sektorlara aiddir: \"Saat 12:00-dan sonra kassa açılacaq və qarşılaşmanın start fitinədək fəaliyyətdə olacaq. Düşünürəm ki, bu müddətdə də bütün biletləri sata bilərik. Satışda təxninən 2 minədək bilet qalıb\".
Qeyd edək ki, \"Sumqayıt\" - \"Qarabağ\" matçı aprelin 28-də, saat 20:00-da start götürəcək.