Bu gün Azərbaycan Premyer Liqasının XXXII turu çərçivəsində daha üç görüş baş tutacaq.
İdmanxeber.az məlumat verir ki, günün ilk qarşılaşmasında “Kəpəz” səfərdə “Qəbələ” ilə qarşılaşacaq. Matç 15:30-da start götürəcək.
17:45-də start fiti səslənəcək matçda isə “Neftçi” “Turan Tovuz”u qəbul edəcək.
Günə Sumqayıtda yekun vurulacaq. Yerli komanda “Qarabağ”ı qəbul edəcək. Oyun 20:00-da başlayacaq.
Premyer Liqa
XXXII tur
28 Aprel
15:30. Qələbə – Kəpəz
Baş hakim: İnqilab Məmmədov
Qəbələ şəhər stadionu
17:45. Neftçi – Turan Tovuz
Baş hakim: Rəvan Həmzəzadə
“Neftçi Arena”
20:00. Sumqayıt – Qarabağ
Baş hakim. Rauf Cabarov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu