Bakı. Trend:
Eritreya sahillərində 5,0 bal gücündə zəlzələ qeydə alınıb.
Trend-inməlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzixəbər verib.
Məlumata əsasən, təbii fəlakətin episentri Eritreya paytaxtıAsmaradan 96 km şimal-şərqdə olub. Zəlzələnin ocağı 10 kmdərinlikdə olub.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunamitəhlükəsi elan olunmayıb.