Hava hücumundan müdafiə sistemləri Bryansk vilayəti üzərində Ukraynaya məxsus 3 pilotsuz təyyarəni vurub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Moskva vaxtı ilə saat 23:00 radələrində Kiyev rejiminin PUA-dan istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb”, – idarədən bildirilib.
Nazirliyin məlumatına görə, Rusiya ərazisindəki obyektləri hədəf alan təyyarə tipli dronları məhv etmək mümkün olub.