EN

Bakıda gənc qızı avtomobil vurub

Bakının Qaradağ rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, rayon ərazisində avtomobil yolu keçən 2006-cı il təvəllüdlü Güldəstə Ruslan qızı Eminovanı vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bədənin müştərək travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı polis əməkdaşları tərəfindən araşdırılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
91
28
milli.az

10Sources