Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2023/2024 mövsümünün 31-ci turunun növbəti oyunu keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə bir görüş baş tutub.
Lider PSJ doğma meydanda “Havr”la qarşılaşıb. Paris təmsilçisi bu oyunda qalib gəlsəydi, növbəti çempionluğunu bayram edəcəkdi. Amma 6 qolun vurulduğu oyunda qalib müəyyənləşməyib. Beləcə, PSJ çempionluğu bayram etməyi ən azı növbəti tura qədər təxirə salıb.
31-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.
Fransa, Liqa 1
31-ci tur
26 aprel
Monpelye – Nant 1:1
Qollar: Adams, 2 – Abline, 7.
27 aprel
PSJ – Havr 3:3
Qollar: Barkola, 29. Hakimi, 78. Q.Ramos, 90+4 – Operi, 19. Ayyu, 38. Ture, 61-pen.
28 aprel
15:00. Mets – Lill
17:00. Klermon – Reyms
17:00. Loryan – Tuluza
17:00. Strasburq – Nitsa
19:05. Renn – Brest
21:00. Olimpik (Lion) – Monako
23:00. Olimpik (Marsel) – Lans